Bank Of Baku

"Foreign Affairs": NATO Ukrayna üçün qapısını bağlamalıdır

"Foreign Affairs": NATO Ukrayna üçün qapısını bağlamalıdır
# 07 iyul 2023 13:17 (UTC +04:00)

NATO Ukrayna üçün qapısını bağlamalıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının "Foreign Affairs" nəşrində dərc olunan məqalədə bildirilib.

Nəşr yazır ki, Kiyevin alyansa daxil olmasının ABŞ üçün faydaları mümkün risklərdən az olduğundan NATO Ukraynaya qapısını bağlamalıdır.

Məqalə müəllifləri hesab edirlər ki, Ukraynanın NATO-ya qəbulu Rusiya ilə münaqişənin dağıdıcı nəticələri və ya kapitulyasiyası arasında “qaranlıq seçim” ehtimalını artıracaq.

Məqalədə münaqişənin mümkün resurs çatışmazlığı problemi də qeyd edilib. Bildirilir ki, Vaşinqton artıq həm daxildə, həm də Asiyada ciddi resurs ehtiyacları ilə üzləşməsi fonunda küncə sıxışdırılma riski ilə üzləşə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR