Bank Of Baku

Fransa hökuməti NATO-nun Yaponiyada ofisinin açılmasına icazə vermir

Fransa hökuməti NATO-nun Yaponiyada ofisinin açılmasına icazə vermir
# 09 iyul 2023 04:41 (UTC +04:00)

Yaponiyada NATO ofisinin açılması Fransa hakimiyyətinin mövqeyinə görə çətinləşir.

APA xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Adı açıqlanmayan Yelisey Sarayının rəsmisinin sözlərinə görə Paris ofisin açılmasına icazə vermir.

O, həmçinin bildirib ki, Fransa prezidenti Emmanuel Makron bu mövqeyini NATO-nun baş katibi Yens Stoltenberqə açıq şəkildə bildirib.

Yaponiyada alyansın ofisinin açılması üçün bütün üzvlərdən yekdil razılıq tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR