Paşha Bank
Bank Of Baku

Fransa İrana qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb

Fransa İrana qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb
# 18 noyabr 2026 01:37 (UTC +04:00)

Avropa İttifaqı İranın kiberhücumlarda iştirakı ilə bağlı ittihamlar fonunda bir ay ərzində Tehrana qarşı yeni sanksiyalar qəbul edə bilər.

APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “France 5” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, söhbət Fransada soyuducu avadanlıqların idarəetmə sistemlərinə qarşı həyata keçirildiyi iddia olunan kiberhücumdan gedir.

“Bazar ertəsi Brüsseldə bu kiberhücuma görə məsuliyyət daşıyan şəxslərlə bağlı sübutları təqdim etdim. Məqsəd həmin şəxslərə qarşı sanksiyaların tətbiq edilməsidir”, – Barro deyib.

O bildirib ki, nəzərdə tutulan məhdudiyyətlər çərçivəsində həmin şəxslərin maliyyə aktivləri dondurula və Avropa İttifaqı ərazisinə girişləri qadağan edilə bilər.

Fransa XİN rəhbəri sanksiyaların bir ay ərzində qüvvəyə minə biləcəyini qeyd edib.

İran tərəfi isə daha əvvəl kiberhücumla bağlı ittihamları rədd edərək İsraili oxşar fəaliyyətlərdə günahlandırıb.

Kiberhücumun arxasında hansı tərəfin dayandığı barədə iddialar müstəqil şəkildə təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR