Fransa Prezidenti Emmanuel Makron apreldə Çinə səfər edəcək.
APA-nın “Paris Match” qəzetinə istinadla xəbərinə görə, bunu Fransa prezidenti Parisdə keçirilən kənd təsərrüfatı sərgisində bildirib.
Dövlət başçısı bildirib ki, səfər zamanı Pekini sülh naminə Rusiyaya təzyiq göstərməyə çağıracaq.