Bank Of Baku

Fransa və Ukrayna Kiyevə qırıcı təyyarələrin göndərilməsinə dair müzakirələr aparır

Fransa və Ukrayna Kiyevə qırıcı təyyarələrin göndərilməsinə dair müzakirələr aparır
# 02 mart 2023 18:48 (UTC +04:00)

Fransa və Ukrayna arasında Kiyevə qırıcı təyyarələrin göndərilməsi, həmçinin ukraynalı pilotlara təlimlərin keçilməsinə dair müzakirələr gedir.

APA xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu BFMTV telekanalına açıqlamasında bildirib.

Lekornu Prezident Emmanuel Makrona istinadən bildirib ki, hərbi dəstəklə bağlı heç nə istisna deyil, lakin təcili ehtiyac hələ ki, sursatlarla bağlıdır.

Xatırladaq ki, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk yanvarda Fransa Milli Assambleyasında çıxışı zamanı fransalı deputatları Ukraynaya “Leclerc” tankları, “Mirage 2000” və “Rafale” qırıcıları tədarük etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR