Paris Vaşinqton tərəfindən Kiyevə kaset sursatların mümkün ötürməsinə anlayışla yanaşır.
APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinqində jurnalistlərə məlumat verilib.
“Biz ABŞ-ın Ukraynaya qanuni müdafiəsində kömək etmək istəyini başa düşürük”, - məlumatda deyilir.
Eyni zamanda XİN-dən bildirilib ki, kaset silahlar haqqında Konvensiyanı imzalayan Fransa öz növbəsində onların istehsalı və istifadəsi ilə məşğul olmaq niyyətində deyil.