Bank Of Baku

Fransa XİN: Ukrayna Rusiya ərazisinə zərbələr üçün uzaqmənzilli raketlərdən istifadə edə bilər

Fransanın xarici işlər naziri Jan Noel Barro

© APA | Fransanın xarici işlər naziri Jan Noel Barro

# 23 noyabr 2024 20:28 (UTC +04:00)

Paris Ukrayna əsgərlərinə özünümüdafiə məqsədi ilə Rusiya ərazisinə zərbələr endirmək üçün Fransanın uzaqmənzilli raketlərindən istifadə etmək hüququ verib.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Barro “BBC”yə müsahibəsində deyib.

Xarici işlər naziri həmçinin əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstəyini məhdudlaşdırmamalıdır.

XİN başçısı Ukrayna hərbçilərinin Fransanın uzaqmənzilli raketlərindən artıq istifadə edib-etmədiyinə dair məlumatla bölüşməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR