Paris yaxınlığındakı Ay-le-Roz kommunasının bələdiyyə sədrinin evi hücuma məruz qalıb.
APA-nın “Le Soir” nəşrinə istinadla xəbərinə görə, bir qrup aksiyaçı bələdiyyə sədrinin həyətinin qapısını avtomobillə qırdıqdan sonra avtomobil yandırılıb.
Bələdiyyə sədrinin arvadı 2 azyaşlı uşağı ilə qaça bilsə də, ağır xəsarət alıb. Hadisə zamanı sədr iş yerində olub.