Bank Of Baku

Fransada iğtişaşlara görə 2 minədək şəxs məhkum edilib

Fransada iğtişaşlara görə 2 minədək şəxs məhkum edilib
# 29 avqust 2023 16:20 (UTC +04:00)

Fransada iyun ayının sonlarında baş verən ümummili iğtişaşlara görə 2 minə yaxın şəxs məhkum edilib.

APA xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Erik Dupond-Moretti RTL radiosuna bildirib. O deyib ki, mühakimə olunan 2107 nəfərdən 1989-u təqsirli bilinib, 1789-u isə həbs cəzası alıb.

Nazir məhkəmələri qətiyyətli olmağa çağırdığını bildirib: "Çünki söhbət qanunun və asayişin bərpasından gedirdi".

Ədliyyə naziri qeyd edib ki, 4 gecə davam edən toqquşmalar zamanı 20 məhkəmə obyekti vandalizmə məruz qalıb.

Xatırladaq ki, iyun ayında Fransa polisi 17 yaşlı yeniyetməni güllələdikdən sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR