Fransanın Arras şəhərində Qambetta liseyinə hücumdan sonra 8 nəfər saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə BFMTV polisdəki mənbəyə istinadən məlumat yayıb.
“Hazırda 8 nəfər saxlanılıb. Onlardan bəziləri, o cümlədən hücumu törədən Arrasdan Levallua-Perreyə aparılır” – məlumatda deyilir.
Qeyd olunur ki, liseyə hücum edən 20 yaşlı Çeçenistan sakini ifadə verməkdən imtina edir. Eyni zamanda, özü də bu liseydə oxuyub.