Bank Of Baku

Fransada ötən gecə etiraz aksiyalarında 719 nəfər saxlanılıb - FOTO - VİDEO - YENİLƏNİB

Fransada ötən gecə etiraz aksiyalarında 719 nəfər saxlanılıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 02 iyul 2023 10:48 (UTC +04:00)

Fransanın böyük şəhərlərində ötən gecə boyu etiraz aksiyaları zamanı saxlanılanların sayı açıqlanıb.

APA “France Info”ya istinadla xəbər verir ki, aksiyalarda saxlananların sayı 719 nəfərə çatıb.

Paris və ətrafında saxlanılanların sayı 200 nəfərə yaxındır.

***

saat 05.46

Fransanın böyük şəhərlərində etiraz aksiyaları gecə boyu davam edib.

APA “Figaro”ya istinadla xəbər verir ki, aksiyalarda saxlananların sayı 486 nəfər olub. Bununla belə, DİN bu gecənin əvvəlkindən daha sakit keçdiyini bildirib.

Bununla belə, narazı kütlə bir çox iş yerini və avtomobili yandırıb. Yandırılan obyektlər arasında “Renault”nun Brestdəki satış mərkəzi də yer alır.

***

01.45

Marseldə etiraz aksiyalarında saxlananların sayı 95 nəfərə çatıb.

APA BFM TV-yə istinadla xəbər verir ki, bu barədə yerli polis prefekturası məlumat yayılb.

Bildirilir ki, polis aqressiv qrupları şəhərin mərkəzindən gözyaçşardıcı qaz və dəyənək tətbiq etməklə uzaqlaşdılrıb.

***

00.23

Fransada 17 yaşlı gəncin polis tərəfindən öldürülməsinə qarşı etirazlar səngimir.

APA BFM TV-yə istinadla xəbər verir ki, artıq Marseldə polislə etirazçılar arasında ilk toqquşma baş verib.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və tüstü bombası tətbiq edib. 22 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR