Paris vaxtı ilə səhər saat 08:00-da Fransada, onun Qərb yarımkürəsində və xaricdəki departamentlərində 70 minə yaxın seçki məntəqəsi açılıb.
APA bildirir ki, ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox fransız qeydə alınıb.
Seçkilərdə 12 namizəd iştirak edir, o cümlədən Fransanın hazırkı prezidenti Emmanuel Makron da.
Onun əsas rəqibi “Milli Assosiasiyanın” namizədi, deputat Marin Le Pendir.