Bank Of Baku

Fransada seçkilərlə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq

Fransada seçkilərlə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq
# 07 aprel 2022 16:51 (UTC +04:00)

Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq.

APA xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da Fransada prezident seçkilərinin ilk turu keçiriləcək. Bununla əlaqədar Bakıda yaşayan Fransa vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə saat 08:00-dən 19:00-a kimi Bakı Fransız Liseyində gəlib səs verə bilər.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR