Fransada silahlı hücum olub, 2 uşaq yaralanıb

Fransada silahlı hücum olub, 2 uşaq yaralanıb
# 18 aprel 2024 19:50 (UTC +04:00)

Fransada silahlı hücum olub, 2 uşaq yaralanıb.

APA xəbər verir ki, bu barədə “BFM Alsace” telekompaniyası məlumat yayıb.

Fransanın şimal-şərqindəki Souffelweyersheim kommunasında bıçaqlı hücum nəticəsində 6 və 11 yaşlı iki uşaq yaralanıb, hadisəni törədən şəxs hücumdan bir neçə dəqiqə sonra polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə zərərçəkənlərin oxuduğu məktəbin yaxınlığında baş verib. Uşaqlara hücum edən 29 yaşlı kişinin psixi pozğunluğunun olduğu ehtimal edilir.

Xəsarət alan uşaqların vəziyyəti orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR