Bank Of Baku

Fransada son 3 gündə iğtişaşlarda 3,2 min nəfər saxlanılıb

Fransada son 3 gündə iğtişaşlarda 3,2 min nəfər saxlanılıb
# 03 iyul 2023 14:47 (UTC +04:00)

Fransa polisi son 3 gündə ölkəni bürümüş iğtişaşlar zamanı 3,2 min nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə brifinqdə Fransanın daxili işlər naziri Cerald Darmanin jurnalistlərə bildirib.

"Hüquq-mühafizə orqanları prosesdə fəal iştirak edib. Üç gün ərzində 3,2 min nəfər saxlanılıb və bu, görünməmiş rəqəmdir", - o deyib.

Nazir saxlanılanların orta yaş həddinin 17 olduğunu qeyd edib.

"Saxlanılan 3,2 min şəxsdən 60%-nin əvvəllər qanunla bağlı heç bir problemi olmayıb", - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR