Bank Of Baku

Fransada yeni hökumətin tərkibi təsdiqlənib

Fransada yeni hökumətin tərkibi təsdiqlənib
# 21 sentyabr 2024 22:10 (UTC +04:00)

Bir neçə həftə ərzində aparılan məsləhətləşmədən sonra Fransada yeni hökumətin tərkibi təsdiqlənərək elan olunub.

APA-nın xəbərinə görə, hökumətin yeni tərkibini Fransa Prezident Administrasiyasının rəhbəri Aleksi Koler ealn edib.

Fransanın yeni xarici işlər naziri Demokratik Hərəkat Partiyasından Jan-Noel Barro təyin olunub. O, bu postda İntibah Partiyasından Stefan Sejurneni əvəzləyib. Stefan Sejurne isə Preziden Emmanuel Makronun təklifi ilə Avropa Komissyasının sədr müavini təyin edilib.

Fransa Silahlı Qüvvələr naziri postunu yenə Sebestyan Lekornyu tutacaq.

Daxili işlər naziri Respublikaçılar Partiyasından Bryuno Retayro olub.

Daxili işlər naziri Respublikaçılar Partiyasından Bryuno Retayro olub.

Ədliyyə naziri Didye Miqo təyin edilib. Gözləntilərin əksinə olaraq, Baş nazir Mişel Barne İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyini parçalamayıb. Bu nazirliyə parlamentin aşağı palatasının iqtisadi məsələlər üzrə komitəsinin sabiq sədri Antuan Arman təhbərlik edəcək. Raşid Dati isə mədəniyyət naziri postunu qoruyub. Jenevyev Daressek isə artıq səhiyyə naziri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR