Fransalı nazir parlament seçkisinin I turundakı nəticələri Makronun koalisiyasının məğlubiyyəti adlandırıb

Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer

© APA | Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer

# 01 iyul 2024 11:34 (UTC +04:00)

“Növbədənkənar parlament seçkisinin I turundakı nəticələr Emmanuel Makronun liderlik etdiyi koalisiyanın məğlubiyyətidir”.

APA-nın xəbərinə görə, bunu "France Inter" radiostansiyasının efirində Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer deyib.

O bildirib ki, son nəticələr eyni zamanda siyasi qüvvələr nisbətindəki mühüm dəyişikliyin göstərici hesab oluna bilər.

Nazirin sözlərinə görə, hazırda hakim koalisiya “Milli Birlik” partiyasının qələbəsinə imkan verilməməsi məsələsi prioritet təşkil etməlidir.

Brüno Le Mer eyni zamanda xalqı II turda sosial-demokratlar, kommunistlər və ekoloji fəallardan ibarət partiyaların təmsilçilərini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, 55 yaşlı Brüno Le Mer budəfəki seçkidə namizəd olmaqdan imtina edib. Keçmiş nazir qərarını gənclərə yol vermək istəyi ilə əsaslandırıb. Eyni zamanda o, 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirakını da istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR