Beyləqanda yol qəzalarında beş nəfər ölüb, beş nəfər xəsarət alıb - YENİLƏNİB

Beyləqanda yol qəzalarında beş nəfər ölüb, beş nəfər xəsarət alıb - YENİLƏNİB
# 03 iyul 2024 09:59 (UTC +04:00)

Bu gün gecə saatlarında Beyləqan rayonunda baş verən 3 yol-nəqliyyatı hadisəsi nəticəsində 5 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

APA-nın yerli bürosunun rayon mərkəzi xəstəxanasından əldə etdiyi məlumata görə, qəza zamanı ölən şəxslər Beyləqan rayon Şahsevən kənd sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Məcid Şahlar oğlu, Əbilov Nəsimi Novruz oğlu, Beyləqan Rayon Mərkəzi xəstəxanasının tibb bacısı, 1965-ci il təvəllüdlü Hüseynova Sabirə Sümbət qızı, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Hüseynov Nizami İsa oğlu və 1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğludur.

Yaralılar isə Beyləqan rayon sakinləri- 1978-ci il təvəllüdlü Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü Bəndəliyev İmaməddin Murtuza oğlu, Bakı sakinləri - 2017-ci il təvəllüdlü Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur.

Baş vermiş hadisələrlə bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanılıb.

Elgün Gəncimsoy

***

06:15

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "Hyundai" markalı minik maşını "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər həyatın itirib, beş nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

APA-nın yerli müxbiri xəbər verir ki, həyatını itirən şəxslər, 1958-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynov Nizami İsa oğlu və 1965-ci il təvəllüdlü, Beyləqan rayon sakini, Məmmədova Sabirə Sümbət qızıdır. Yaralılar isə 1978-ci il təvəllüdlü, Beyləqan rayon sakini Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü, Beynələqan rayon sakini Bəndəliyev İmaməddin Murtuza oğlu, 2017-ci il təvəllüdlü, Bakı şəhər Sabunçu rayon sakini, Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur.

Qəza nəticəsində xəsarət alan şəxslər Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar. Onların həyatı təhlükəsinin olmadığı deyilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR