Bank Of Baku

Siyavuş Novruzov: YAP-ın iclasında seçki ilə bağlı qərar veriləcək

Deputat Siyavuş Novruzov

© APA | Deputat Siyavuş Novruzov

# 03 iyul 2024 10:53 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bugünkü iclasında ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qərar veriləcək".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında deputat Siyavuş Novruzov deyib.

O, həmçinin deputatlığa namizədlərin yekun siyahısı ilə bağlı partiyanın qərarını gözlədiklərini bildirib:

“İclasda yalnız seçki ilə bağlı qərar veriləcək. Seçki qərargahının yaradılması, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin təyin olunması və digər məsələlərə baxılacaq. Namizədlərin siyahısında hər hansı dəyişikliyin olacağına gəlincə, hesab edirəm ki, bu məsələdə yekun fikrə gəlmək üçün partiyanın qərarını gözləmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR