Fridrix Mertz: Ümid edirəm ki, Avropa və ABŞ Ukrayna məsələsində birgə həll yollarına dəstək verəcək

Fridrix Mertz

© APA | Fridrix Mertz

# 16 may 2025 13:07 (UTC +04:00)

Ümid edirəm ki, Avropa ölkələri Ukrayna məsələsində güclü həmrəylik nümayiş etdirəcəklər.

APA-nın Tiranaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Almaniya Kansleri Fridrix Mertz bildirib.

“Eyni zamanda, ümid edirəm ki, ABŞ da Avropa ilə birgə bu müharibənin sona çatmasına yönəlik həll yollarına dəstək verəcək. Görüş zamanı miqrasiya məsələsi və ümumilikdə Avropada iqtisadi inkişaf da müzakirə olunacaq. Avropa Siyasi Birliyinin Zirvə görüşündə ilk dəfə iştirak etdiyim üçün çox məmnunam”, - Fridrix Mertz qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR