Bank Of Baku

“Fulhem” klubunun keçmiş sahibi, milyarder Məhəmməd əl-Fayed vəfat edib

“Fulhem” klubunun keçmiş sahibi, milyarder Məhəmməd əl-Fayed vəfat edib
# 02 sentyabr 2023 03:52 (UTC +04:00)

Böyük Britaniyada 60 ildən artıq yaşayıb-yartmış, bizneslə məşğul olan misirli milyarder Məhəmməd əl-Fayed 94 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məhəmməd əl-Fayed 1997-2013-cü illərdə İngiltərənin "Fulham" futbol klubunun sahibi olub, sonradan onu pakistanlı sahibkar Şahid Xana satıb.

Misirli milyarder 25 ildən artıqdır ki, Londonda dəbdəbəli malların satıldığı "Harrods"un da sahibi olub.

Əl-Fayed onu 2010-cu ildə 1,5 milyard funta (1,9 milyard dollar) Qətərin dövlət investisiya fonduna satıb.

Şahzadə Diana və sevgilisi əl-Fayedin oğlu Dodi əl-Fayedlə 1997-ci ilin avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olublar.

2008-ci ildə London Ali Məhkəməsində andlı iclasçılar qəzaya sürücünün səhlənkarlığı və təqib edən müxbirlərin səbəb olduğu qənaətinə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR