Bank Of Baku

Guardian: Qərbin Ukrayna üçün xüsusi sülh planı olmalıdır

Guardian: Qərbin Ukrayna üçün xüsusi sülh planı olmalıdır
# 02 sentyabr 2023 07:41 (UTC +04:00)

Qərb ölkələri Ukraynadakı münaqişəyə son qoymaq üçün ümumi plan razılaşdırmalıdır.

APA xəbər verir ki, bu barədə Britaniyanın hərbi tarixçisi, yazıçısı və krallığın keçmiş hərbi kəşfiyyatçısı Frenk Ledvic “Guardian” qəzetinə yazdığı məqalədə bildirib.

Qeyd olunub ki, bu planı Kiyevinkindən fərqli ola bilər.

Ukrayna Silahlı Qüvvələrinin hücumunun ciddi uğur qazanmadığını və Ukraynadakı münaqişənin daha bir neçə il uzanmaq təhlükəsi yaratdığını qeyd edən müəllif yazır ki, “Qərb hər zamankından daha çox uzun-uzadı plana ehtiyac duyur".

Müəllif qeyd edir: "Bu, Ukrayna ilə eyni olmamalıdır. Deyəsən, proses artıq başlayıb. Bu yaxınlarda NATO baş katibi Yens Stoltenberqin şəxsi ofisinin direktoru Stian Jenssen Qərb diplomatlarının Ukrayna ərazilərinin NATO üzvlüyünə dəyişdirilməsi imkanlarını nəzərdən keçirməyə başlayır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR