Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu" partiyasından olan deputatı İrakli Xaxubianın qəfil ölümü ilə bağlı detallar açıqlanıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, deputatın ölümü ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başladıb.
Məlumata görə, deputatın meyiti bu gün səhər ailə üzvləri tərəfindən tapılıb. Hadisə yerində, həmçinin odlu silah aşkarlanıb.
Deputatın meyiti tibbi-ekspertizaya göndərilib və evi sarı lentlə əhatəyə alınıb.
***
10:32
Gürcüstan parlamentinin deputatı İrakli Xaxubia yaşadığı mənzilində ölü tapılıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, onun meyiti Tbilisidə yaşadığı mənzilində tapılıb.
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Xaxubia hakim "Gürcü Arzusu" partiyasının üzvü olub.