Bank Of Baku

Gürcü nazir: Rusiya ilə viza rejiminin nəzərdən keçirilməsinə ehtiyac yoxdur

Gürcü nazir: Rusiya ilə viza rejiminin nəzərdən keçirilməsinə ehtiyac yoxdur
# 17 oktyabr 2022 16:03 (UTC +04:00)

Hazırkı nəzarət mexanizmləri ölkənin üzləşdiyi çağırışlara tam cavab verir, ona görə də bu mərhələdə mən şəxsən viza rejiminin nəzərdən keçirilməsinə ehtiyac görmürəm.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Rusiya ilə viza rejiminin tətbiqinin mümkünlüyünə dair sualı cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, viza rejiminin tətbiqi o halda nəzərdən keçirilə bilər ki, ölkədəki mövcud nəzarət mexanizmləri təhlükəsizlik baxımından lazımi standartlara cavab verə bilməsin.

Qeyd edək ki, bu gün Moldovada səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin Rusiya ilə viza siyasətinin kifayət qədər liberal olduğunu və bir daha nəzərdən keçirilməsinin istisna edilmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR