Bank Of Baku

Gürcüstan Aİ-yə üzvlük üçün müraciət edəcək

Gürcüstan Aİ-yə üzvlük üçün müraciət edəcək
# 02 mart 2022 20:25 (UTC +04:00)

Gürcüstan martın 3-də Avropa İttifaqına (Aİ) üzvlük üçün sürətləndirilmiş namizəd statusu almaq məqsədi ilə quruma müraciət edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə ittifaqa üzvlük üçün müraciətin 2024-cü ildə edilməsi planlaşdırılsa da yeni reallıq və ümumi siyasi kontekst nəzərə alınaraq partiya üzvləri arasında məsələ müzakirə edilib və üzvlüklə bağlı Aİ-yə dərhal müraciət edilməsi barədə qərar qəbul edilib.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan Hökuməti artıq Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə Aİ-yə üzvlük namizədi statusu almaq üçün müraciətin hazırlanmasına başlayıb və sənəd sabah Gürcüstan hökumətinin adından ittifaqın müvafiq strukturlarına təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR