Bank Of Baku

Gürcüstan MN: Ölkəmizdə yeni münaqişə riski yaratmamaq üçün əlimizdən gələni edirik

Gürcüstan MN: Ölkəmizdə yeni münaqişə riski yaratmamaq üçün əlimizdən gələni edirik
# 23 fevral 2023 14:54 (UTC +04:00)

Gürcüstan xüsusi vəziyyətdədir, bizim ölkəmizin 20 faizi işğal edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze jurnalistlərə açıqlamasında deyib.

“Bizim tərəfdaşlarımız, xalqımız da daxil olmaqla hamı başa düşməlidir ki, Gürcüstan xüsusi vəziyyətdədir. Bildiyiniz kimi, ölkəmizin 20 faizi işğal edilib. Bu reallığa əsaslanaraq, biz Ukraynaya yardım üçün, eyni zamanda, əlbəttə ki, ölkəmizdə yeni münaqişə riski yaratmamaq üçün əlimizdən gələni edirik”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR