Gürcüstan parlamentinin müxalif deputatları “xarici agentlər haqqında” qanunun rədd edilməsini Gürcüstan və Avropa İttifaqının bayraqlarını açaraq qeyd ediblər.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qanunun ikinci oxunuşda rədd edilməsini parlamentin kürsüsünə toplaşan müxalif deputatlar Aİ və Gürcüstan bayraqlarını nümayiş etdiriblər.
Parlament binasının ətrafında təşkil edilmiş aksiyanın iştirakçıları isə qərarı alqışlarla qarşılayıblar. Onlar hazırda “Biz Avropayıq”, “Rusiya qanununa yox”, “Gürcüstan” şüarları səsləndirirlər.