Gürcüstanda NATO-Gürcüstan birgə hərbi təlimləri keçiriləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin mart ayında keçirilməsi planlaşdırılır.
Bildirilib ki, sayca üçüncüsü keçiriləcək builki hərbi təlimlərdə NATO üzvü və tərəfdaşı olan 20-dək ölkədən hərbçilər iştirak edəcəklər.
Qeyd olunub ki, təlimlərdə iştirakçılar kompüter simulyasiyaları vasitəsi ilə NATO əməliyyatlarının planlanması bacarıqlarını inkişaf etdirəcəklər.