Bank Of Baku

Gürcüstan parlamenti Prezidentin seçki məcəlləsinə düzəlişlə bağlı vetosunu ləğv edib

Gürcüstan parlamenti Prezidentin seçki məcəlləsinə düzəlişlə bağlı vetosunu ləğv edib
# 03 iyul 2023 18:46 (UTC +04:00)

Gürcüstan parlamenti ölkə Prezidentinin Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin və üzvlərinin müəyyənləşdirilməsi qaydalarına dəyişikliyi nəzərdə tutan qanun layihəsinə qoyduğu vetosunu ləğv edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, parlamentin bu gün keçirilən sessiyasında əvvəlcə Prezidentin təklif etdiyi qanun layihəsi səsə qoyulsa da qəbul edilməyib. Daha sonra isə parlamentin hər üç oxunuşundan keçmiş, lakin Prezidentin veto etdiyi qanun layihəsi səsə qoyulub və hakim partiyadan olan 78 deputatın dəstəyi ilə layihə təsdiqlənib.

Qanun layihəsinə düzəlişə əsasən MSK sədrinin və üzvlərinin müəyyənləşdirilməsi üçün müsabiqənin elan edilməsi, həmçinin müsabiqə komissiyasının yaradılması vəzifələri Prezidentdən alınaraq parlamentin spikerinə verilib.

Qeyd edək ki, Prezident Salome Zurabişvili iyunun 26-da yaydığı bəyanatında yeni qanun layihəsinin MSK sədri və üzvlərinin müəyyənləşdirilməsində birpartiyalı qərar anlamına gələcəyini, bu səbəbdən də onu veto etdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR