Bank Of Baku

Gürcüstan parlamenti “xarici agentlər”lə bağlı qanunu rədd edib

Gürcüstan parlamenti “xarici agentlər”lə bağlı qanunu rədd edib
# 10 mart 2023 12:14 (UTC +04:00)

Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda rədd edib.

APA-nın yerli bürosu xəbər verir ki, parlamentin plenar sessiyasında keçirilən səsvermədə 112 deputat iştirak edib. Onlardan 35-i qanunun əleyhinə, 1-i isə lehinə səs verib.

Qərar müzakirəsiz qəbul edilib.

Qeyd edək ki, “Xalqın Gücü” hərəkatının deputatları tərəfindən fevralın 14-də Gürcüstan parlamentinə təqdim edilmiş xarici təsirlərin şəffaflığı haqqında qanun layihəsi martın 7-də parlamentdə birinci oxunuşda qəbul edilib. Bu, parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi ilə nəticələnib. 7-8 mart tarixlərində keçirilən aksiyalar zamanı polislə vətəndaşlar arasında qarşıdurmalar baş verib, nəticədə 133 nəfər saxlanılıb, onlarla polisin xəsarət aldığı bildirilib.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ötən gün qanunun cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğunu əsas gətirərək geri addım atdığını, qanun layihəsini geri çəkəcəyini bəyan edib. Gürcüstan DİN isə saxlanılanlardan 132-nin azadlığa buraxıldığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR