Bank Of Baku

Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul edib

Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul edib
# 14 may 2024 15:50 (UTC +04:00)

Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qərar etirazlar fonunda qəbul olunub.

84 deputat qərarın lehinə, 30-u isə əleyhinə səs verib.

Qanun layihəsinə əsasən, büdcəsinin 20 faizdən çoxu ölkə xaricindən formalaşan qeyri-kommersiya təşkilatları "xarici qüvvələrin nüfuzunu həyata keçirən təşkilat" kimi reyestrdən keçməli, hər il maliyyə hesabatı təqdim etməlidir. Qanunu pozan təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR