Gürcüstan parlamentinin plenar sessiyasında gərginlik davam edir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, sessiyada növbəti dəfə müxalifət və iqtidar deputatları arasında dava düşüb. Müxalif deputat Tariyel Nakaidze çıxışı zamanı hakim partiyanı "Gürcüstanın azadlığını və Avropa gələcəyini satmamağa" çağırıb. Bu zaman parlament çoxluğunun üzvü Aluda Quduşauri onu "agent" adlandırıb.
Bundan sonra deputatlar arasında dava düşüb. Deputatlar arasında gərginlik hazırda da davam edir.
***
13:03
Gürcüstan parlamentinin plenar sessiyasında hakim partiya ilə müxalifət deputatları arasında dava düşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, gərginlik müxalif Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı baş verib. Müxalifət lideri və hakim partiyanın deputatı Dmitri Samxaradze qarşılıqlı bir-birini təhqir ediblər. Mübahisə daha sonra qarşıdurmaya çevrilib.
Sessiya hazırda davam edir.
Qeyd edək ki, bu gün plenar sessiyada mübahisəli "xarici təsir" qanununun üçüncü və sonuncu oxunuşda səsə qoyulması gözlənilir.