Bank Of Baku

Gürcüstan Parlamentinin yaxınlığında etirazçılarla polis arasında qarşıdurma baş verib, saxlanılanlar var - VİDEO - YENİLƏNİB

Gürcüstan Parlamentinin yaxınlığında etirazçılarla polis arasında qarşıdurma baş verib, saxlanılanlar var - VİDEO  - YENİLƏNİB
# 03 mart 2023 07:55 (UTC +04:00)

Gürcüstanda parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı 36 nəfər saxlanılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, saxlanılanlara qarşı Gürcüstan İnzibati Xətalar Məcəlləsinin ictimai asayişi pozma (166) və polisin qanuni tələbinə məhəl qoymama (173) maddələri üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, aksiya iştirakçıları parlamentin komitə iclasında müzakirəyə çıxarılan “xarici agentlər haqqında” qanuna etiraz ediblər.

***

03.03.2023

Saat 21:02

Gürcüstan Parlamentinin yaxınlığına toplanmış etirazçılarla polis arasında qarşıdurma baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, gərginlik etirazçıların hakim “Gürcü Arzusu” partiyasının və qanun layihəsini təklif edən “Xalq Gücü” parlament fraksiyası deputatları üçün “utanc dəhlizi” yaratmağa çalışmasından sonra baş verib.

Polisin bəzi etirazçıları saxladığı bildirilir.

Qeyd edək ki, etirazçılar Gürcüstan Parlamentinə təqdim edilmiş “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR