Bank Of Baku

Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq

Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq
# 12 yanvar 2024 16:50 (UTC +04:00)

Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Bildirilib ki, Gürcüstanın müdafiə nazirinin müavini Giorgi Xaindrava Polşanın “MESKO SA” şirkətinin nümayəndələri ilə görüşüb. Söhbət zamanı Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsində NATO standartlarına uyğun müasir silahların tətbiqinin vacibliyinə toxunulub.

Daha sonra Polşa istehsalı olan zenit-raket kompleksinin alınmasına dair saziş imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR