Bank Of Baku

Gürcüstan Prezidenti Ərdoğanla Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini müzakirə edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili , Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan

© APA | Gürcüstan Prezidenti Mixeil Kavelaşvili , Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan

# 12 noyabr 2026 14:49 (UTC +04:00)

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Antalyada COP31 konfransı çərçivəsində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, tərəflər Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlığı, ikitərəfli əməkdaşlığı, həmçinin regionda və dünyada baş verən prosesləri müzakirə ediblər.

Mixeil Kavelaşvili strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliyini bir daha vurğulayıb və Türkiyə Prezidentini Gürcüstana səfərə dəvət edib.

Regional məsələlərin müzakirəsi zamanı xüsusi diqqət Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinin vacibliyinə yetirilib.

Görüşdə ticarət-iqtisadi əlaqələr, nəqliyyat və enerji sahəsində əlaqələndirmə məsələləri, Orta Dəhlizin inkişafı və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR