"Heç kimin tələ qurmağa haqqı yoxdur".
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənlərə müraciətində bildirib.
“Mən bu axşam Rustavelidə (Tbilisinin əsas prospekti - red.) dayananlara müraciət edirəm. Hazırda Nyu-Yorkdayam və arxamdakı Azadlıq heykəlidir. Gürcüstan bu simvol uğrunda hər zaman mübarizə aparıb, siz də məhz bu məqsədlə toplanmısınız. Mən sizin tərəfinizdəyəm. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək. Heç kimin tələ qurmağa haqqı yoxdur. Bu gələcək bizim gələcək nəsillərimizə aiddir. Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur” – Prezident deyib.
***
23.52
Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib.
APA-nın xəbərinə görə, bu barədə o, xalqa müraciətində bildirib.
***
22.26
Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə Nyu-Yorkdakı görüşlərini ləğv edib.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat verib.
Bildirilib ki, prezident əhaliyə müraciət edəcək.