Bank Of Baku

Gürcüstan Prezidenti Saakaşvilini əfv etməyəcək

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 14 mart 2022 13:34 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Salome Zurabişvili parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, məsələ ilə bağlı mövqeyini daha əvvəl açıqlayıb və mövzunun müzakirəsinə bir də qayıtmaq niyyətində deyil.

Prezident Saakaşvilinin əfv edilməsi ilə bağlı təkrar müzakirəyə ehtiyac görməyib.

“Çünki artıq cavab bir dəfə verilib”, - Zurabişvili bildirib.

Prezident qeyd edib ki, məsələnin Ukraynadakı müharibə fonunda ortaya çıxması yalnız daxili qütbləşməni artırmağa xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR