Gürcüstan Prezidenti Salome Zurabişvili hökuməti Rusiya-Ukrayna müharibəsi fonunda özünü beynəlxalq ictimaiyyətdən təcrid etdiyi üçün tənqid edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Prezident müharibənin ildönümü münasibəti ilə keçirdiyi xüsusi brifinqdə hökumətin siyasətinin anlaşılmaz olduğunu deyib:
“Gürcüstan hökuməti özünü təcrid edib, anlaşılmaz və bəzi səbəblərə görə neytral və balanslı görünən mövqeyi ilə özü ilə demokratik ictimaiyyət arasında məsafə qoyub”.
Zurabişvili qeyd edib ki, xoşbəxtlikdən gürcü cəmiyyəti öz mövqeyini aydın ifadə edib, bütün forma və vasitələrdən istifadə edərək Ukrayna ilə həmrəyliyini sübut edib.