Gürcüstan-Rusiya sərhədindəki Kazbegi gömrük-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.
Bildirilib ki, daşqın riski ilə əlaqədar hazırda məntəqə vasitəsilə mal və məhsulların idxal-ixracı prosedurları, həmçinin şəxslərin dövlət sərhədini keçməsi həyata keçirilə bilinmir. Gömrük məntəqəsinin əməkdaşlarının, həmçinin sərnişinlərin kordinasiyalı şəkildə təhlükəsiz əraziyə köçürüldüyü bildirilib.
Təhlükənin sovuşmasından sonra məntəqənin fəaliyyətinin bərpa ediləcəyi qeyd olunub.