Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla telefonla danışıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu haqda Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında münasibətləri və regional siyasət məsələlərini, o cümlədən regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər.