Bank Of Baku

Gürcüstan XİN başçısı NATO-nun Vilnüs sammitində iştirak edəcək

Gürcüstan XİN başçısı NATO-nun Vilnüs sammitində iştirak edəcək
# 10 iyul 2023 11:04 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilinin başçılıq etdiyi nümayəndə heyəti NATO-nun iyulun 11-12-də keçiriləcək Vilnüs sammitində iştirak edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan XİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, İliya Darçiaşvili NATO-nun xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında iştirak edəcək. Qurumun məlumatına görə, görüş çərçivəsində regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Sammitdə alyansın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyinin təsdiq ediləcəyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR