Bank Of Baku

Gürcüstan XİN-in 100 əməkdaşı hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarını qınayıb

Gürcüstan XİN-in 100 əməkdaşı hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarını qınayıb
# 29 noyabr 2024 11:06 (UTC +04:00)

Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, diplomatlar iqtidar partiyasının qərarının ölkənin strateji maraqlarına uyğun gəlmədiyini bəyan ediblər. Qeyd olunub ki, ölkənin Aİ-yə üzvlük fürsətindən birtərəfli qaydada imtinası mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bəyanatda qərarın eyni zamanda Gürcüstanı artan təhdidlər fonunda təcrid halına salacağı qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR