Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 392 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 651 969, ölənlərin sayı isə 16 779 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 631 846 nəfərin sağaldığı bildirilib.