Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 376 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 650 384, ölənlərin sayı isə 16 765 nəfərə çatıb. Virusa yoluxanlardan 1 629 266 nəfərin sağaldığı bildirilib.