Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 817 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 644 112, ölənlərin sayı isə 16 681 nəfərə çatıb. Virusa yoluxanlardan 1 604 595 nəfərin sağaldığı bildirilib.