Ötən gün Gürcüstan parlamenti qarşısında polislə etirazçılar arasında baş vermiş qarşıdurma zamanı “Gürcü Legionu”nun döyüşçüsü saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcü Legionunun komandiri Mamuka Mamulaşvili “Facebook” paylaşımında bildirib.
““Rus” milisi Tbilisidə Rusiyaya qarşı keçirilən aksiyada gürcü legionunun əsgərini həbs edib”, - deyə Mamulaşvili bildirib.
KİV ümumilikdə “Gürcü Legionu”nun 2 döyüşçüsünün xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunaraq saxlanılması barədə məlumat yayıb.