Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 243 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 634 686, ölənlərin sayı isə 16 530 nəfərə çatıb. Virusa yoluxanlardan 1 584 440 nəfərin sağaldığı bildirilib.