2020-ci ildə NATO Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçirəcək.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat paylaşıb.
Bildirilib ki, "Avropanın Müdafiəçisi " (European Defender) adlı hərbi təlimlərdə alyansa üzv 18 ölkə iştirak edəcək. 2020-ci ilin aprel-may aylarında keçiriləcək hərbi təlimlər Almaniya, Polşa, Latviya, Litva, Estoniya və Gürcüstan daxil olmaqla ümumilikdə 10 ölkədə baş tutacaq.
Təlimlərə ABŞ-dan 20000, Avropadan isə 8000 hərbi qulluqçu qatılacaq. ABŞ-ın son 25 ildə ilk dəfə bu qədər hərbi kontingenti Avropaya daşıdığı bildirilir.
ABŞ hərbi təlimlərin NATO daxilində hazırlığın yüksəldilməsi və potensial çətinliklərə qarşı mübarizə məqsədi daşıdığını bəyan edib.