Gürcüstanda QHT-lərə dəstək fondu yaradılır

Gürcüstanda QHT-lərə dəstək fondu yaradılır
# 09 sentyabr 2024 11:31 (UTC +04:00)

Gürcüstanda QHT-lərə dəstək fondu yaradılır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, fond dövlət büdcəsindən maliyyələşəcək və yalnız “Xarici təsirin şəffaflığı haqqında” qanunda nəzərdə tutulan qaydada reyestrdən keçən təşkilatlar fonddan vəsait əldə edə biləcəklər.

İrakli Kobaxidze qeyd edib ki, müəyyən xarici donorlar QHT-ləri “xarici təsir” qanununun tələbinə əsasən qeydiyyatdan keçəcəyi təqdirdə maliyyə yardımını dayandırmaqla təhdid edir.

Baş nazir qrant fondunun qarşıdakı iki ay ərzində hazır olacağını və ilk layihələrin 2025-ci ilin yanvarından etibarən maliyyələşdiriləcəyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR