Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 6 236 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 598 172, ölənlərin sayı isə 16 097 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 477 481 nəfərin sağaldığı bildirilib.